Bu peşəni həm çətin və eyni zamanda romantik adlandırmaq olar


Digərləri 23 Mar 2019 14:44:00 228 0

Bu peşəni həm çətin və eyni zamanda romantik adlandırmaq olar

"Hidrometeoroloq peşəsini kifayət qədər nadir, kütləvi olmayan peşələrə aid edilir. Meteoroloqun işində tədqiqat obyektinə və müşahidə edilən hadisələrin obyektiv interpretasiyasına fasiləsiz diqqət vacib şərt hesab edilir.

Meteoroloqlar - xüsusi təhsilə malik insanlardır. Sözügedən peşənin mütəxəssisləri müşahidəçi, texnik, elmi işçi, mühəndis və operatorlardan ibarət olur.

Sinoptiklər hava proqnozunu hazırlayır, aeroloqlar atmosferin yuxarı qatlarının tərkibini öyrənir, dəniz hidrometeoroloqları dəniz bölməsini, aviameteoroloqlar isə hava nəqliyyatını hidrometeoroloji məlumatlarla təmin edirlər".

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru, çoğrafiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar mühəndisi Umayra Tağıyeva 23 mart - Ümumdünya Metereoloqlar Günü ilə bağlı fikirlərini bölüşərkən bildirib. Onun sözlərinə görə, hidrometeoroloqların işi çox həssas olub, yüksək dəqiqlik tələb edir: "Bu peşəni həm çətin və eyni zamanda romantik adlandırmaq olar. Belə ki, bu peşənin mütəxəssisləri ilə təbiət arasında daimi əlaqənin saxlanılması nəzərdə tutulur. Meteostansiyanın işçiləri buludlar üzərində müşahidə aparmaqla onun tipini, formasının dəyişməsini, yüksəkliyini qeyd edir, digər meteoroloji parametrlər üzrə ölçü işləri aparırlar. Hidroloqlar ölkənin yüksək dağlıq ərazilərində ekspedisiyalarda iştirak etməklə, qar ehtiyatlarını ölçüb və qiymətləndirib, buzlaqları öyrənir və bir çox digər işləri görürlər.