BTQ üçün alınan qatar Türkiyəyə çatdırılıb
Digərləri 23 Mar 2019 14:14:00 203 0
İsveçrənin "Stadler" şirkəti tərəfindən Azərbaycan Dəmir Yolları üçün istehsal edilən Bakı-Tbilisi-Qars-Ankara-Bakı reysini yerinə yetirəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə səfərlərini yerinə yetirəcək qatarda 9 yataqlı vaqon və bir yemək vaqonu var. Türkiyəyə lokomotivlə aparılan yeni nəqliyyat vasitəsi Türkiyə-Gürcüstan sərhədindən keçirilərək Azərbaycana gətiriləcək.
Mənbə: milli.az