KİV: "Ermənistan hökuməti ölkəyə investisiya axınına mane olur, elə buna görə də Azərbaycandan xeyli geridəyik"


Digərləri 23 Mar 2019 13:48:00 215 0

KİV: "Ermənistan hökuməti ölkəyə investisiya axınına mane olur, elə buna görə də Azərbaycandan xeyli geridəyik"

"Ermənistan hökuməti ölkəyə investisiya axınına mane olur, elə buna görə də Azərbaycandan xeyli geridəyik".

Bakı. Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan iri investisiya layihəsinə veto qoyub. Trend-in məlumatına görə, Rusiyada yaşayan erməni sahibkar Artur Yerznkyan Ermənistanda telekommunikasiya və rabitə sahəsinə 200 milyon dollar investisiya yatırmağı planlaşdırıb. Sahibkarın məqsədi yeni mobil rabitə operatoru yaratmaq olub. O, mobil rabitəni abonentlər üçün ucuz, sərhəd rayonlarının sakinləri üçün isə, demək olar, havayı etməyə hazır olduğunu deyib.