Dünyanı qorxudan raketlər poliqonlara yeridildi


Dünya 23 Mar 2019 13:04:00 440 0

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi

Amerika kəşfiyyatının hesabatları ilə tanış olan mənbələr bildirir ki, Rusiyanın 20 hipersəs raketi bu yaxınlarda poliqonlara yerləşdirilib.

Son.az modern.az-a istinadən xəbər verir ki, mənbələr bəyan ediblər ki, ABŞ həmin raketlərdən müdafiə olunmaq qabiliyyətində deyil.

Səsdən sürətli raketlərin yaradılması Kremlin hərbi proqram və strategiyasında əsas xətlərdən birini tutur.

"Bu sübut edir ki, onlar bu silahlar üzərində işləri başa çatdırmağa çalışırlar. Kreml bu proqramı prioritet edib. Ruslar bildiriblər ki, raketin konstruksiyası bütövlükdə qaydasındadır və onu daha da mükəmməl etmək üçün raketlərin sınaqlarına fokuslanacaqlar" - Bunu anonim mənbə bildirib.

Rusiya "Kinjal" hipersəs raketlərini ötən ilin iyulunda sınaqdan keçirib. Sınaqların gedişatında "Kinjal" 800 kilometr məsafədəki hədəfi müvəffəqiyyətlə vurub.

Amerika kəşfiyyatının başqa bir məruzəsinə əsasən, Rusiya AN-31 qırıcı təyyarələrindən 12 dəfə "Kinjal" buraxıb. Hazırda Rusiya strateji bombardmançı təyyarələrdə bu silahları necə yerləşdirməyin üsullarını axtarır.