DİQQƏT! Bakıda bu yolda hərəkət məhdudlaşdırılıb


Digərləri 23 Mar 2019 13:09:00 232 0

DİQQƏT! Bakıda bu yolda hərəkət məhdudlaşdırılıb

Biləcəridə yollardan birində hərəkət məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq.

Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.