Keçmiş məhkum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən seyf oğurladı


Digərləri 23 Mar 2019 12:39:00 489 0

Keçmiş məhkum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən seyf oğurladı

Bakı Apellyasiya Məhkəməsində oğurluq etmədə təqsirləndirilən Rafiq Məmmədov, Elşən Aslanov və Rüfət Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 28-nə təyin edilib.

İttiham aktına əsasən, R.Məmmədov, E.Aslanov və R.Qurbanov qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında təkrar özgənin külli miqdarda əmlakını saxlanc yeri olan binaya qanunsuz daxil olub oğurluq ediblər. Həmçinin R.Məmmədov və E.Aslanov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vsaitə olan heroin əldə edərək saxlayıb.

Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, R.Məmmədov tanışı Vaqif Rəhimovla birgə 2006-cı ildə "Karvan L" şirkətinin ofisindən, ümumilikdə, 190 min 496 manat, 2008-ci ildə "Moqobs" MMC-nin ofisindən 158 min 594manat, 2010-cu ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 40 min 800 manat, 2011-ci ildə "Təmizləmə avadanlıqlarının satışı mağazası"ndan 510 min manat məbləğində pul oğurlayıb.