Nazirlik: Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil


Digərləri 23 Mar 2019 12:25:00 401 0

Nazirlik: Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil

Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan Günəş enerjisinin həcminin artmadığını göstərir.

Bakı. İlhamə İsabalayeva - Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan Günəş enerjisinin həcminin artmadığını göstərir. Yəni son zamanlar yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz. Trend-in məlumatına görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin 23 mart - Ümümdünya Meteorologiya Günü ilə əlaqədar yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan temperatur yüksəlməsi atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır. Karbon qazının konsentrasiyasının artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan summar radiasiya təsirləri 1990-cı ildən 41 % artıb: "Əgər istixana qazlarının konsentrasiyasının hazırkı tendensiyası saxlanılarsa, biz yüzilliyin sonunadək temperatur diapozonunun 3 dərəcə C-dən 5 dərəcə C-dək artacağı ilə üzləşə bilərik. Bu, BMT-nin İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının Paris sazişində əksini tapmış qlobal orta temperaturun artmasının 2 dərəcə C-dək və mükünsə 1,5 dərəcə C-yə yaxın saxlanılması ilə bağlı məqsədli göstəricilərdən xeyli yuxarıdır".