Paşinyan və Kasprşik Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər


Siyasət 23 Mar 2019 12:04:00 177 0

Paşinyan və Kasprşik Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər qarşılıqlı etimad və sülh prosesi üçün zəruri olan şəraitin formalaşdırılması istiqamətin tədbirlər görülməsinin vacibliyini qeyd ediblər.