Əfqanıstandakı partlayışda yaralılar arasında vilayət qubernatoru da var


Digərləri 23 Mar 2019 12:01:00 200 0

Əfqanıstandakı partlayışda yaralılar arasında vilayət qubernatoru da var

Stadionda törədilmiş iki partlayış nəticəsində ən azı 4 nəfər ölüb.

Bakı. Əfqanıstanın Hilmənd vilayətinin Ləşkərgah şəhərindəki stadionda törədilmiş iki partlayış nəticəsində ən azı 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, partlayışlar stadionda Milli Fermerlər Günü ilə bağlı tədbir keçirilən zaman baş verib. "Pajvak" agentliyi yaralılar arasında Hilmənd vilayətinin qubernatoru və müavininin də olduğunu bildirir.