Bakıda bayram festivalı davam edir


Digərləri 23 Mar 2019 11:19:00 315 0

Bakıda bayram festivalı davam edir

Bakıda Novruz festivalı davam edir.

İçərişəhərdə "Bahar Qalası" festivalında şəhərimizin sakinləri və qonaqlara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında bir-birindən fərqli rəqslər və nəğmələr təqdim edilir, estradamızın ulduzlarının ifasında sevilən mahnılar səslənir.

Bu gün, həmçinin Qoşa Qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcək.