Millimizin növbəti sınağı


Digərləri 23 Mar 2019 09:34:32 243 0

Millimizin növbəti sınağı

Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək.

Bakı. Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək. Trend-in məlumatına görə, komandamız “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.