Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq?


Digərləri 23 Mar 2019 09:14:00 225 0

Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq?

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə may-iyun aylarında başlanılacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, qalanın bərpa-konservasiya işləri ilə bağlı sənədlər hazırdır:

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkənin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinə 2 milyon manat ayrıldı. Bərpa-konservasiya işləri ilə bağlı sənədlər, layihə-smeta hazırdır və ekspertizadan keçib. May ayının sonları, iyun ayının əvvəlində işlərə start veriləcək".

Dövlət Xidmətinin mətbuat katibi bildirib ki, hazırda bu işlərin görülməsi ilə bağlı tender elanı hazırlanır: "Tenderin nəticəsinə əsasən bərpa işlərinin yerli, yaxud xarici mütəxəssislər tərəfindən görüləcəyi məlum olacaq".