Xətai rayonunda ev yanıb: meyit aşkarlanıb


Digərləri 23 Mar 2019 08:45:50 204 0

Xətai rayonunda ev yanıb: meyit aşkarlanıb

Xətai rayonunda ev yanıb.

Bakı. Tural Turan - Xətai rayonunda ev yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 107 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.