Britaniya XİN Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır


Digərləri 23 Mar 2019 01:51:38 206 0

Britaniya XİN Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır

Böyük Britaniya Qolan yüksəkliklərini İsrail tərəfindən işğal olunmuş ərazi hesab edir.

Bakı. Tural Turan - Böyük Britaniya Qolan yüksəkliklərini İsrail tərəfindən işğal olunmuş ərazi hesab edir. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın XİN-in rəsmi nümayəndəsi bildirib. “Britaniya Qolan yüksəkliklərini İsrail tərəfindən işğal olunmuş ərazi hesab edir. Güc tətbiq etməklə ərazi işğalı beynəlxalq hüquq tərəfindən qadağa olunub. Biz 1981-ci il İsrailin işğalını tanımırıq və mövqeyimiz dəyişməyib”, - deyə nümayəndə məlumat verib.