Günün qoroskopu: Yaşam arealında qayda yaradın


Digərləri 23 Mar 2019 00:01:00 247 0

Günün qoroskopu: Yaşam arealında qayda yaradın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - planlarda dəyişikliklər olacaq. Çətin vəziyyətə düşmüş dostlardan birinə yardım gərəkdir. İşlər çoxdur. Zəhmətkeş olun, problemlərin həllindən yayınmayın. Bütün təklifləri dəyərləndirmək və hamıya yardım etmək mümkün deyil.

Günün ikinci yarısında şəxsi münasibətlərdə mövqelərinizi müdafiə edin. Həddən artıq inadkarlıq etməyin. Hisslər məntiqi üstələməməlidir.

Yaşam arealınızı nizamlayın. Qaydadan estetik həzz ala bilərsiniz. Daxili harmoniyaya nail olun.

Buğa - əlavə tapşırıqlar istisna deyil. Gün xoşagəlməz sürprizlər vəd edir. Ən ağır işləri tələsmədən yerinə yetirmək mümkündür. Alış-verişdə bədxərclik etməyin.

Mübahisələrə qatılmayın. Belə "müzakirə"lərin sonucları pis olacaq və sizdə nevroz durumu yaranacaq. Ətrafınızdakı gərginliyin fiqurlarından birinə çevrilməyin. Mənfi kənar təsir altına düşməyin.

Günün ikinci yarısında təxribatlara uymayın. Sirrlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin.

Axşam saatları ciddi məsələlərin nəzərdən keçirilməsi üçün əlverişli deyil. Yeni sifarişlərin qəbulunu ertələyin.

Əkizlər - gerçəkləşdirməyə çalşıdığınız məsələ ilə bağlı yeni tapşırıqlar alacaqsınız. Maraqlarınızı təmin edin. Yaxın ətrafınızdakı insanların mənafeləri tələb edirsə, planlarda dəyişikliklər edin.

Praktik işlərə daha çox diqqət yetirin. Uzun müddət ərzində yeknəsək işlərlə məşğul olacaqsınızsa, səbr və təmkinə ehtiyacınız var.

Günün ikinci yarısında yaşamınızda formalaşan yeni mövzulara fikir verin. Əvvəllər hazır olmadığınız işlə bağlı təklif alacaqsınız. Təşəbbüslər az deyil. Hadisələrə təsir imkanlarına malik insanların dəstəyinə ehtiyacınız var.

Faydalı əlaqələrin sayını artırın. Kimsəyə imkan verməyin ki, sizi tələsdirsin.

Xərçəng - ünsiyyətlərinizdən asılı olaraq gün narahat alına bilər. Mühüm xəbərlər alacaqsınız. Sizi narahat edən suallara cavabları əldə edin. Axına qarşı üzməyin, Yaşam köklü dəyişikliklər tələb etmirsə, hiperaktivliyə heç bir ehtiyac yoxdur.

Günün ikinci yarısında xüsusi önəm verdiyiniz istiqamətdə orientirlər dəyişə bilər. Problemlər sizdə qıcıq yaratmasın. Əqli qabiliyyətinizdən və intellektinizdən yararlanın.

Çətinliklər sizin üçün əlavə stimuldur.

Səhhətinizin qeydinə qalın.

Gərginlikdən qurtulmaq üçün axşam saatlarında normal istirahət edin.

Şir - tələskənliyə yol verməyin. Nəyəsə nail olmaq fikriniz varsa, başqasına güvənməyin, kimsəyə bel bağlamayın. Maddi maraq effektiv fəaliyyət və yaradıcı məziyyətlərinizin nümayişi üçün stimul ola bilər. Başqalarının işlərinə müdaxilə etməyin.

Günün ikinci yarısında planlaşdırılmamış fəaliyyət zərurəti yaranacaq. Diqqətinizi ikinci dərəcəli işlərə yayındırmayın. Müstəqil olun, təkbaşına çalışın.

Axşam saatları xoş ortamda rahat istirahət üçündür.

Qız - çətin, qarışıq situasiyalarda necə davranacağınızı müəyyənləşdirin. Sizə uğur qazandıra biləcək addımları atmaqdan çəkinməyin. Darıxdırıcı və rutin fəaliyyət sizi təbdən çıxarmamalıdır. Təmkinli olun.

Günün ikinci yarısında alış-verişə və əyləncəyə çox pul xərcləməyin. Qənaətcil olun. Yaxınlarınız və dostlarınızla mübahisəyə başlamayın. Əks təqdirdə münaqişənin səbəbkarına çevrilə bilərsiniz.