ƏlBağdadi zahiri görünüşünü dəyişdi


Dünya 22 Mar 2019 23:50:00 250 0

ƏlBağdadi zahiri görünüşünü dəyişdi

İŞİD terror təşkilatının başçısı Əbu Bəkr Əl-Bağdadi zahiri görünüşünü dəyişib və bir neçə dəfə Suriyadan və İraqdan qaçmağa uğursuz cəhdlər edib. 

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu adının çəkilməsini istəməyən mənbə bildirib.

Həmin mənbəyə əsasən, Əl-Bağdadi saqqalını qısaldıb və onu kürən edib, həmçinin İŞİD terrorçularına xas olmayan əfqan geyimində gəzir. Bundan əlavə, az hərəkətli həyat tərzi üzündən son iki il ərzində Əl-Bağdadi piylənmədən əziyyət çəkir.

Mənbə iddia edir ki, Əl-Bağdadi İŞİD-in son qalası sayılan Baquzda deyil, Suriyanın başqa hissəsində yaşayır. Lakin imicinin dəyişdirilməsi ona ölkədən çıxmağa kömək etməyib.