Yaşlı insanlarda təzyiqi qəfil salmaq olmaz


Digərləri 22 Mar 2019 22:50:00 321 0

Yaşlı insanlarda təzyiqi qəfil salmaq olmaz

Arterial təzyiqin 140/90-dan aşağı olması 70-80 yaşlı insanlar üçün ölüm riskini artırır. Xüsusən infarkt, insult keçirmiş insanlarda təzyiqi qəfildən çox aşağı salmaq ölümcül ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu  Berlin Tibb universitetinin tədqiqatçıları bildirib.  Professor Elke Şefnerin rəhbərliyi ilə qrup 1600 nəfər, yaşı 70-i keçmiş qadın və kişinin tibbi məlumatlarını incələyib.

Ildə 2 dəfə onlar yoxlanmış, təzyiqləri ölçülmüş, dərmanlar təyin olunmuş, müxtəlif analizlər alınmışdı. 6 ildən sonra onlar arasında təzyiqin və digər faktorların ölümə səbəb olması araşdırılmışdı.