Kral xəstəliyi: Məşhurların da əziyyət çəkdiyi xəstəliyin gizli səbəbi


Digərləri 22 Mar 2019 22:29:00 355 0

Kral xəstəliyi: Məşhurların da əziyyət çəkdiyi xəstəliyin gizli səbəbi

Keçmişdə daha çox kralların, saray əyanlarının əziyyət çəkdiyi, Sultan Süleymanın da tutulduğu, müasir tibbdə daha çox yaşlıların xəstəliyi kimi dəyərləndirilən podaqra hazırda cavanlaşıb və gənc insanları da əhatə edir. Belə ki, ötən həftə dünyasını dəyişən rusiyalı müğənni  Yuliya Naçalova da bu xəstəlikdən əziyyət çəkirdi. Ayağında açılmış yara həm podaqra, həm də diabet səbəbindən ağırlaşmış, infeksiya sepsis vermiş, ürək isə iltihabdan dayanmışdı.

Ağırlaşması dəhşətli ağrılarla keçən podaqra nədir?

Son.az medicina.az-a istinadən bildirir ki, podaqra oynaqların artrit xəstəliyinin bir növü olub, oynaqlarda urat və sidik turşusu qalıqlarının yığılması ilə başlayır. İlk olaraq ayağın baş barmağında başlayır, daha sonra digər barmaqları və əl oynaqlarını əhatə edə bilir.

Podaqra zamanı oynaq ətrafı şişir, qızarır və ağrılar olur. 

Xəstəliyin səbəbi:

Orqanizmdə mövcud olan purin adlı maddənin mübadiləsinin pozulması səbəb olur. Purin ət və dəniz məhsullarında da var. Purinlər həll olduqda sidik turşusu yaradır və bu turşu sidiklə xaric olur. Əgər sidik turşusunun norması qanda artırsa, o duzlara, uratlara çevrilir və böyrəklərdə kristal formasında, oynaqlarda da duz formasında yığılır. Böyrəklərində urat daşı yığılmağa meyilli insanlarda podaqra da ola bilər. 

Bəs qanda, sidikdə sidik turşusunun səviyyəsini nə qaldırır?