Toster və qızarmış çörək kanserogendir


Digərləri 22 Mar 2019 21:40:00 223 0

Toster və qızarmış çörək kanserogendir

Mətbəximizə, səhər yeməklərimizə hansı ildən ayaq açdığını dəqiq deyə bilmirik, amma çox ailələrin çörək qızartması və tostersiz işinin keçmədiyini görməmək mümkün deyil. 

Son.az medicina.az-a istinadən bildirir ki, qazda, odda qızarmış və yanmış çörək və kartof kanserogen hesab olunur.

Qızarmış, yanmış çörəkdə akrilamid adlı maddə yaranır, bu maddə Dünya Səhiyyə Təşkilatı tərəfindən insan orqanizmi üçün zərərli xərçəngə səbəb olacaq maddələr siyahısına daxil edilib. 

Alimlər bildirir ki, yüngülcə yanmış çörəkdə 50-72 mq akrilamid olur. Yüngül qızarmış çörək elə də təhlükəli deyil. Lakin yandırılmış tost çörəkdə 112 mq akrilamid yaranır ki, bu da normanı keçir. Eləcə də çox qızarmış, yanmağa çatmış kartofda, kolbasada da akrimamid təhlükəli həddə olur.