Min bir dərdin dərmanı olan qaraçörəkotu sabununun


Digərləri 22 Mar 2019 21:29:00 264 0

Min bir dərdin dərmanı olan qaraçörəkotu sabununun

Qaraçörəkotu təxminən 14 əsr əvvəl Peyğəmbərimizin (s.ə.v) şəfalı adlandırdığı məhsullara daxil olan faydalı bitkidir.

Son.az Publika.az-a istinadən bu yazıda oxucuları qaraçörəkotunun və ondan hazırlanan sabunun çoxlarına məlum olmayan faydaları ilə tanış edib.

Qaraçörəkotu ödqovucu vasitədir, onun həlimi ciyər, ödkisəsi xəstəliklərinə qarşı müalicəvi təsir göstərir.

Əgər hər səhər qaraçörəkotu həlimini zeytun yağı ilə içsəniz, bu, üzə təravət verər.

Qaraçörəkotu həliminin sirkə ilə qarışığı bağırsaqdakı qurdları təmizləyir.

Titrəmə və qızdırmada qaraçörəkotu ilə bal və sirkənin qaynanmış qarışığı çox xeyirlidir.

Əzilmiş qaraçörəkotu toxumunun sirkə ilə isladılmış sarğısı baş ağrılarında və revmatizmdə çox təsirlidir.

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri olan İbn Sina yazırdı ki, qaraçörəkotunu soda ilə içmək astmada xeyirlidir.

XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim və təbibi Məhəmməd Yusif Şirvani isə deyirdi ki, əgər qaraçörəkotu toxumunu azca sirkədə qaynadaraq onunla ağzını yaxalasan, bu, diş ağrısını dayandırar: "Hər kəs qaraçörəkotunun toxumunu əzərək, balla qarışdırsa və hər gün 3 qr bu qarışıqdan acqarnına qəbul etsə, revmatizmdən xilas olar"

Tibet həkimləri qaraçörəkotu həlimini ciyər xəstəliklərində və qusma zamanı məsləhət görür.

Xalq təbabətində qaraçörəkotu toxumu bağırsaqlarda qaz yığıldıqda, qurda qarşı və sarılıqda istifadə edilir. Fransada qaraçörəkotu toxumları qara istiotu əvəz edir.

Müasir tibdə qaraçörəkotundan qazları yox etmək, yüngül işlətmə təsiri və qurdları təmizləmək üçün istifadə edirlər. Müasir tədqiqatlar nəticəsində müəyyən edilib ki, əkin qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır.