Qapısının kilidi sındı, mənzildə köməksiz vəziyyətdə qaldı


Digərləri 22 Mar 2019 21:09:00 246 0

Qapısının kilidi sındı, mənzildə köməksiz vəziyyətdə qaldı

Xətai rayonunda bir nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin ediblər.

Əməliyyat başa çatıb.