"Üstümüzdən əksik olmasın".


Digərləri 22 Mar 2019 21:00:00 234 0

"Üstümüzdən əksik olmasın".

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) televiziyalardan birinin aparıcısı Tarik Miyhas skandal hərəkətə imza atıb.

Son.az Axar.az-a istinadən bildirir ki, o, canlı yayımda Əbu Dabinin vəliəhdi, şahzadə Məhəmməd bin Zayid əl Nahyana məxsus ayaqqabını (O, belə fərz edib) öpüb.

"Bunun şahzadə Ali-Həzrətləri Şeyx Məhəmməd bin Zayidə məxsus olduğunu təsəvvür edirəm. BƏƏ vətəndaşı olaraq nə edəcəyimi bilirsinizmi? (Ayaqqabını öpür) Allah onu qorusun və başımızın üstündən əksik etməsin", - deyə Miyhas bildirib.