"Daha məni qadın donları və obrazları maraqlandırmır"


Digərləri 22 Mar 2019 19:54:00 361 0

"Daha məni qadın donları və obrazları maraqlandırmır"

Avstriyanın məşhur müğənnisi, "Avroviziyon - 2014"-ün qalibi Tomas Noyvirit artıq Konçita Vurst obrazında olmayacaq.

Son.az Musavat.com-a istinadən bildirir ki, artıq qadın eqosundan əl çəkib və onu daha qadın donları və obrazları maraqlandırmır:

"Mən "Avroviziyon" yarışmasını və onunla bağlı hər şeyi sevirəm. Bu yarışmadan sonra Konçitanın böyük imkanlara malik olduğunu anladım. Hazırda özümə yeni səhifə açıram. Əgər səhnəyə qadın obrazında, qızılı donda çıxırdımsa, hazırda saqqallı, uzunboğaz çəkmədə olan gənc oğlanam". Müğənninin sözlərinə özünü kişi obrazında daha rahat və komfortlu hiss edir: "Əminəm ki, bu obrazımda küçədə heç kəs məni tanımaz".