"Uçan düşbərə" yadplanetli stansiyadır?


Digərləri 22 Mar 2019 19:44:00 274 0

"Uçan düşbərə" yadplanetli stansiyadır?

1990-cı ildə NASA-nın "Voyacer-2" kosmik aparatı ilə 9 il əvvəl çəkilmiş fotoların analizi zamanı Saturnun daxili peyklərindən biri, Pan peyki kəşf edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 2017-ci ilin mart ayında planetlər arası "Kassini" stansiyası Pan peykinin daha keyfiyyətli fotolarını əldə edə bilib. Uzunluğu 34.4 km olan səma cismi alimlərin marağına səbəb olub. Məsələ burasındadır ki, peyk böyük düşbərəyə oxşayır. Ehtimal edilir ki, səma cismi buzdan və daşdan ibarətdir.

Ufoloqların isə başqa versiyası var. Bir sıra mütəxəssislərin fikrinə əsasən, Pan peyki əslində yadplanetlilərin kosmik stansiyasıdır. Bu yaxınlarda Saturnun peykini yenidən nəzərdən keçirən tədqiqatçılar maraqlı faktlarla rastlaşıblar:

Birincisi, peykin səthində özünəməxsus düz forması olan qanov aşkar edilib;

İkincisi, peykdə sirli iki ədəd işıqlı nöqtə var və bu nöqtələr hansısa qurğuya bənzəyir;