Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan layihə çərçivəsində daha bir mərhələ başa çatdı


Digərləri 22 Mar 2019 19:24:00 223 0

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan layihə çərçivəsində daha bir mərhələ başa çatdı

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün mühəndis-sahibkar seçilib. Son.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat veriblər.

Bildirilib ki, ICGB layihə şirkəti IGB üçün mühəndis-sahibkarın seçilməsi üzrə dövlət satınalmaları prosedurunu uğurla yekunlaşdırıb. ICGB tərəfindən təyin olunan komissiya TIBEI konsorsiumunu podratçı qismində seçib. Konsorsium əsas xidmətlər paketinə daha qənaətcil qiymət təklif edib - 5,67 milyon avro.

TIBEI - "Tractebel Engineering SA" (Belçika), "Tractebel Engineering SRL" (İtaliya), "INTBER GMBH" (Avstriya), "psilon Consult OOD" (Bolqarıstan) və "Engineering EAD" (Bolqarıstan) şirkətlərini özündə birləşdirən konsorsiumdur.