İki “Toyota” toqquşdu, toya gedənlər yarı yolda qaldı


Digərləri 22 Mar 2019 18:44:00 208 0

İki “Toyota” toqquşdu, toya gedənlər yarı yolda qaldı

Bakı- Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

90-ND-795 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı minik avtomobili ilə 09--BB-222 dövlət nömrə nişanlı  "Toyota Prado" toqquşub.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən olmasa da, "Toyota Prado"nun sərnişini, 1956-cı il təvəllüdlü kəlbəcər sakini Musayeva Məlahət yaralanıb. 

Onların toya getdiyi  bildirilir. "Land cruiser"ün sürücüsü də hadisə zamanı yüngül xəsarət alıb.

Qəzayla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Son.az 


Xəbərə aid fotolar