İran XİN rəhbəri Türkiyəyə gedir


Dünya 22 Mar 2019 18:49:00 229 0

İran XİN rəhbəri Türkiyəyə gedir

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, Yeni Zelandiyada məlum terror aktından sonra iranlı nazir hazırda İƏT-ə rəhbərlik edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya təşkilatın növbəti toplantısının keçirilməsi ilə bağlı çağırış edib.