Daşnaklardan Nikola dəstək:


Dünya 22 Mar 2019 18:24:00 196 0

Daşnaklardan Nikola dəstək:

Amerika Erməni Milli Komitəsi (ANKA) Madrid prinsiplərinə qarşı çıxıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib. Təşkilat Madrid prinsiplərini böyük səhv adlandırıb:

"ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları dəstəkləyirik, amma təklifləri qəbul etmirik. Çünki bu, müharibənin yenilənməsi riskini yaradır".

ANKA həmçinin ABŞ-ı ATƏT-in Minsk qrupunda liderliyini qoruyub saxlamağa çağırıb. Bununla bərabər Minsk qrupu üzvlərinə Madrid prinsiplərinə alternativ hazırlanması barədə çağırış edilib.

Qeyd edək ki, ANKA 1918-ci ildə ABŞ-da yaradılıb. Onun təsisçisi Osmanlı İmperiyasının Vaşinqtondakı keçmiş konsulu Vaan Kardaşyan olub. Təşkilatın əsas məqsədi ABŞ Prezidenti Vudro Vilsonun müəyyən etdiyi sərhədlər çərçivəsində dövlətin yaradılması olub. Hazırda təşkilatın əsas fəaliyyəti qondarma erməni soyqırımı, Dağlıq Qarabağ və Azərbaycanla bağlıdır.

ANKA həmçinin Daşnaksütyun Partiyasının əsas təşkilatlarından biri sayılır.

Son.az