7 növ bitki dənindən hazırlanan qovurğa


Digərləri 22 Mar 2019 17:54:00 218 0

7 növ bitki dənindən hazırlanan qovurğa

Baharın gəlişi ölkəmizin müxtəlif bölgələrində böyük sevinc və fərqli adət-ənənələrlə qarşılanır. Bu fərqlilik özünü bayram süfrəsi üçün hazırlanan təamlarda da göstərir.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bayram süfrəsində bayram xonçasının olması vacibdir.

Xonçanın mərkəzində səməni, ailə üzvlərinin sayına uyğun şam, boyanmış yumurta, paxlava, şəkərbura, şorqoğalı və bayram çərəzləri qoyulur. Xonçaya qoyulanların üzərinə isə buğdadan hazırlanmış qovurğa səpilir. Əgər qovurğa sözünü ilk dəfə eşidirsinizsə, bilin ki, cənub bölgəsində, xüsusilə ilaxır çərşənbədə süfrələrə mütləq qovurğa hazırlanıb qoyulmalıdır.

Çərşənbədə yeddi növ bitki dənindən qovurğa qovururlar. Əsasən də buğda, qarğıdalı, noxud, günəbaxan tumu və küncütdən istifadə olunur.