Çeçen qadın İŞİDə qoşulmağından danışdı:


Dünya 22 Mar 2019 17:44:00 235 0

Çeçen qadın İŞİDə qoşulmağından danışdı:

Çeçen qadın Layla Qazıyeva "İraq-Şam İslam Dövlət" (İŞİD) adlı terrorçu qruplaşmaya necə qoşulmasından danışıb. Başına gələnləri "Reuters"ə açıqlayan Laylanın sözlərinə inansaq, o, təsadüfən gedib onların arasına düşüb.

Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Layla Qazıyeva 17 yaşı olanda Çeçenistandan Fransaya qaçıb. Deyir ki, öz ölkəsindəki zorakılıqlara görə Çeçenistanı tərk etmək məcburiyyətində qalıb. O, 2005-ci ildə həyat yoldaşından boşanıb. Səbəb isə ərinin dinə münasibəti olub. Bundan sonra Layla sosial şəbəkələrdə tanış olduğu daha bir neçə qadınla birlikdə Türkiyəyə səyahətə gedib. Üç uşağını isə Fransada, ərinin yanında qoyub. Ona deyib ki, qısamüddətli ezamiyyətə gedir.

"Türkiyədə olanda yol yoldaşlarım sahil boyunca gəzməyi təklif elədilər. Gəzdirdik, bir də ayıldım ki, Suriya ərazisindəyik. Həmin ərazi də İŞİD-in nəzarətində idi. Mən hara getdiyimizi çox gec başa düşdüm", - çeçen qadın belə deyir.

Bir neçə ay sonra Layla İŞİD-in döyüşçüsü olan bir çeçenə ərə gedib, birlikdə İraqın mosul şəhərinə gəliblər. Orada onun bir oğlu dünyaya gəlib.

Qadının dediyinə görə, əvvəl çox qorxurdu, amma zaman keçdikcə döyüşçülərin arasında yaşamaq onun xoşuna gəlməyə başlayıb. Qazıyeva və ərinə yaşamaq üçün İraqda yaxşı ev veriblər, onları qida və tibbi xidmətlə təmin ediblər: "Sanki Fransadakı kimi yaşayırdım. Dini ayinləri yerinə yetirməyimə də maneə yox idi".