Gündə 300 min barrel nefti cəmi 16 dollardan satan mafiya...


Dünya 22 Mar 2019 17:04:00 195 0

Gündə 300 min barrel nefti cəmi 16 dollardan satan mafiya...

Iraq Kürdüstanı nefti İsrailə dempinq qiymətlərinə satır.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu İran mühafizəkarlarının qəzeti olan "Kayhan" yazıb.

Nəşr bildirir ki, İsrail İraq Kürdüstanındakı "mafiya"dan İraq neftini nəzərə çarpacaq həcmlərdə bir barrelə görə cəmi 16-17 dollara alır. Qanunsuz ixracatın həcmi gündəlik 300 min barrelə çatır.

İddia olunur ki, İsrailə satmaq üçün nəzərdə tutulan neft Ərbildə və Süleymaniyyədə hasil olunur, sonradan isə İraqın sərhədyanı kiçik Zahu şəhəri vasitəsilə Türkiyənin Mersin və Ceyhan limanlarına ötürülür. Limanda xam neft tankerlərə yüklənir və İsrailin Aşdod limanına çatdırılır.