Qanada iki avtobus toqquşdu: 70-dən artıq ölü var


Digərləri 22 Mar 2019 16:40:00 212 0

Qanada iki avtobus toqquşdu: 70-dən artıq ölü var

Qananın qərbində iki avtobusun toqquşması nəticəsində 70-dən artıq insan ölüb.

Bakı. Qananın qərbində iki avtobusun toqquşması nəticəsində 70-dən artıq sərnişin ölüb. Trend-in məlumatına görə, yol-nəqliyyat hadisəsi Şimali Kintampo dairəsində qeydə alınıb. Toqquşmadan sonra avtobuslardan biri yanıb. Yanan avtobusun bütün sərnişinləri ölüb. Digər avtobus isə dərəyə yuvarlanıb.