İran XİN: Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq


Dünya 22 Mar 2019 16:14:00 200 0

İran XİN: Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qolan yüksəklikləri ilə bağlı bəyanatını pisləyib.

Son.az Trend-ə istinadən bildirir ki, XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi bildirib ki, ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıması qanunsuz və qəbuledilməzdir və həmin ərazinin Suriyaya məxsus olması faktını dəyişə bilməz:

"Qolan yüksəklikləri BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən də Suriyanın bir hissəsidir. Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq".