Makron Breksit məsələsində nöqtəni qoydu


Dünya 22 Mar 2019 15:44:00 216 0

Makron Breksit məsələsində nöqtəni qoydu

İngiltərədəki səsvermə mənfi nəticələnərsə, razılaşma olmadan AB-dən ayrılığa doğru gediləcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron bugünkü Avropa Birliyinin zirvə toplantısından əvvəl jurnalistlərə açıqlamasında deyib. O, səsvermənin nəticəsinin əhəmiyyətindən danışıb:

"Hamımız bunu bilirik. Bu günlərdə və bu anlarda konkret olmaq çox vacibdir. Əgər Breksit təxirə salınacaqsa, bu, sadəcə texniki bir məsələ ola bilər. Texniki təxirə salınmadan əlavə bir şey olması üçün ciddi siyasi dəyişiklik lazımdır".