Aygün Səmədzadənin əsərləri “TRT AVAZ”ın 10 illiyində təqdim olundu


Kriminal 22 Mar 2019 15:39:00 200 0

Aygün Səmədzadənin əsərləri “TRT AVAZ”ın 10 illiyində təqdim olundu

Türkiyənin Əskişəhər şəhərində "TRT AVAZ" telekanalının fəaliyyətə başlamasının 10 illiyi və Novruz bayramı münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycanın incəsənət nümayəndələrinin çıxışları alqışlarla qarşılanıb

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadənin rəhbərliyi ilə iştirak edən musiqi heyəti mərasimdə özünəməxsus canlanma yaradıb.

Aygün Səmədzadənin "Sən aglama, gözəlim" balladası, "Bismillah" və "Ey Türk" odası böyük maraga səbəb olub.

Qeyd edək ki, türk dünyasının böyük şairi Əhməd Cavadın sözlərinə bəstələnmiş hər 3 əsər simfonik orkestr, xor və solist üçün nəzərdə tutulub. Xalq artisti Teyyub Aslanovun ifasında səslənən əsərləri Əvəz Muradov (piano) əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Xəyyam Həsənli (ud) müşayiət ediblər.


Xəbərə aid fotolar