Ukraynada seçki gərginliyi:


Dünya 22 Mar 2019 15:24:00 184 0

Ukraynada seçki gərginliyi:

Prezident seçkilərində uduzsam da Ukraynadan qaçmaq fikrim yoxdur.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri prezidentliyə namizəd, "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko deyib.

O, prezident seçkilərindən sonra ölkədə qalıb-qalmayacağı sualını birbaşa efirdə cavablandırarkən sözünə belə davam edib: "Bu mafiyadan çəkinəcəyim heç bir şey yoxdur. Bu mafiya Rostov-Dondan çıxıb... Mən öz ölkəmədən heç vaxt qaçmamışam və qaçmaram da..."

Yuliya Timoşenkonun sözlərinə görə, Viktor Yanukoviçin prezident olduğu vaxt onun həbsinə hazırlıq getdiyi, bununla belə, ölkədən çıxışına "yaşıl dəhliz" açıldığı bildirilib. O isə ölkəni tərk etməkdən imtina edib.