Bukmeker kontorunu qarət edən silahlı şəxs kameralara düşdü


Dünya 22 Mar 2019 15:09:00 254 0

Bukmeker kontorunu qarət edən silahlı şəxs kameralara düşdü

Qazaxıstanda silahlı soyğunçular bukmeker kontorunu qarət ediblər.

Son.az xəbər verir ki, Aktau şəhərində baş verən qarət kameralara düşüb.

Kadrlarda iki silahlı cinayətkar rəfin arxasındakı əməkdaşlardan pul tələb edir. Maraqlıdır, qarət zamanı divanda yatan kişinin baş verənlərdən xəbəri olmayıb.

Cinayətkarlar kassadan 130 min təngə götürüblər.