Əfv olunmuş gənc: "Məni ailəmə qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdaram"


Digərləri 22 Mar 2019 12:11:00 197 0

Əfv olunmuş gənc: "Məni ailəmə qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdaram"

"Məni ailəmə qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Abasət Süleymanov deyib.

Keçmiş məhkum bu xəbəri çox səbirsizliklə gözlədiyini bildirib: "Sevincimdən danışa bilmirəm, çox həyəcanlıyam. Cənab Prezidentə minnətdarlığımı bildirirəm, məni ailəmə qovuşdurdu. Öz adımdan, ailəmin adından dövlət başçısına təşəkkür edirəm".

A.Süleymanov hər bir vətəndaşın daim dövlət başçısının diqqətində olduğunu vurğulayıb: "Prezident İlham Əliyev həmişə humanist addımları ilə bizi sevindirib".