“Boeing” şirkətinə növbəti zərbə


Dünya 22 Mar 2019 11:44:00 200 0

“Boeing” şirkətinə növbəti zərbə

Daha bir beynəlxalq hava yolu şirkəti  "Boeing"lə bağladığı müqavilədən imtina edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İndoneziyanın "Garuda İndoneziya" şirkəti "Boeing"ə verdiyi 49 ədəd "737 MAX" təyyarəsinin sifarişini ləğv edib.

"Garuda" rəsmiləri bu barədə "Boeing"ə rəsmi məktub göndərib.

Məlumata görə, müqavilənin dəyəri milyard dollar həcmində olub.