Paytaxtda yağdəyişmə sexi yanıb


Digərləri 22 Mar 2019 11:14:00 179 0

Paytaxtda yağdəyişmə sexi yanıb

Paytaxtda yağdəyişmə sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan tikilinin (yağdəyişmə sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 30 m² sahədə və içərisində 1 ədəd qurğu yanıb. Yüksək temperaturdan bitişik tikilinin lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.