Avtomobil təmiri zamanı bədbəxt hadisə


Digərləri 22 Mar 2019 10:34:00 206 0

Avtomobil təmiri zamanı bədbəxt hadisə

Tovuzda 32 yaşlı kişi ehtiyatsızlıq ucbatından xəsarət alıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində baş verib.

Kənd sakini, 1987-ci il təvəllüdlü Röyal Qurbanov avtomobil təmir edən zaman diqqətsizlik səbəbindən yanıq xəsarəti alıb. 

R.Qurbanov dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar