Azadlıqda olan Kamil: “10 gün nədir ki?”


Şou-biznes 22 Mar 2019 09:09:00 305 0

Azadlıqda olan Kamil: “10 gün nədir ki?”

İdmançı Kamil Zeynallı azadlığa çıxıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə idmançı özü sosial şəbəkədə video paylaşaraq məlumat verib:

"Çox şükür, hər şey yaxşıdır. Bu gün saat 17:00-da məni buraxdılar. Hamıdan razıyam. Səhvimiz var idi, cəzamızı çəkdik, gəldik. 10 gün nədir ki? Camaat illərlə həbs yatır. Allah içəridə olan hər kəsin qapısını açsın. Dövlətimizdən, hər kəsdən razıyam. Başda rəisimiz Ramin müəllim olmaqla, bütün işçilərdən çox razıyam. Hamıyla necə davranırdılarsa, mənimlə də o cür davranırdılar. İnsan getdiyi yerdə özünü necə aparırsa, onunla o cür də rəftar edirlər. Hamıya təşəkkürümü bildirirəm".