Azərbaycanda məhkəmə çəkişmələrinin azalması üçün yeni mexanizmin tətbiqi təklif edilir


Digərləri 22 Mar 2019 08:18:00 190 0

Azərbaycanda məhkəmə çəkişmələrinin azalması üçün yeni mexanizmin tətbiqi təklif edilir

Azərbaycanda mediasiya mexanizminin tətbiqi, yəni tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi və bu sahəyə nəzarətin həyata keçirilməsi məqsədilə Mediasiya Şurasının yaradılması təklif olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bu məsələ yeni hazırlanan "Mediasiya haqqında" qanunda öz əksini tapıb.

Qanun layihəsinin tətbiqi dairəsinə mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn, eləcə də cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr daxildir.

Qanun layihəsində mediator olmaq istəyən fiziki şəxslər və təşkilatlar üçün tələblər də müəyyən edilib.

Layihəyə görə, mediasiya sahəsində tənzimlənmənin və nəzarətin həyata keçirilməsi məqsədilə mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının üzv olaraq daxil olduğu Mediasiya Şurası yaradılır.

Mediasiya Şurası hüquqi şəxsdir. Şura hər 3 ildən bir mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür. Şura eyni zamanda mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir.