Amerikada həm tələbə, həm də müəllim olan həmyerlimiz Xaricdə təhsil FOTO


Digərləri 22 Mar 2019 08:17:00 219 0

Amerikada həm tələbə, həm də müəllim olan həmyerlimiz  Xaricdə təhsil  FOTO

Namiq Abbasov: "Bizim ölkəmizdə tələbə-müəllim münasibətində müşahidə olunan problemlər ABŞ-da yaşanmır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Xaricdə təhsili dünyaya açılan pəncərə hesab edir. Həm İngiltərədə, həm də ABŞ-da təhsil alıb. Düşünür ki, bir insanın inkişafını təmin edəcək şəxs yalnız özüdür. Qeyd edir ki, bunun üçün məsuliyyətli olmalı, daim inkişafyönümlü araşdırmalar etmək lazımdır. "Xaricdə təhsil" rubrikamızda bu dəfə ABŞ-da təhsil alan Namiq Abbasov ilə həmsöhbət olduq.   Qeyd edək ki, Abbasov 1991-ci il sentyabrın 23-də Salyan rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) alıb. Bakalavr təhsili aldığı dövrdə özünü inkişaf etdirməklə məşğul olub və oxuduğu universitetin ona çox şey öyrətdiyini deyir. 4 illik təhsili bitdikdən sonra əsgərliyə yollanan Namiq, daha sonra təhsilini magistratura səviyyəsində İngiltərədə davam etdirir. Magistr təhsilindən sonra ölkəmizə qayıdır və Qafqaz Universitetində 2 ilə yaxın müəllimlik fəaliyyəti ilə məşğul olur. İnkişaf naminə yenidən təhsil almağı düşünən həmsöhbətimiz, xaricə üz tutur və hazırda Amerika Birləşmiş Ştatlarında Arizona Universitetində siyasi elmlər üzrə doktorantura üzrə təhsilini davam etdirir.

- Xaricdə təhsil almaq fikrinə nə zaman gəldiniz?

- Əslində, uşaq vaxtından İngiltərə və ya Amerikada təhsil almaq haqqında düşünürdüm. Qeyd edim ki, Qafqaz Universitetində oxuduğum dövrdə İngiltərənin bir neçə universitetinə qəbulla bağlı təklif alsam da, təqaüd məsələsi alınmadı. Ona görə, ilk dəfə xaricdə təhsili hərbi xidməti bitirdikdən sonra İngiltərədə aldım. Xaricdə təhsil almaq istəyimin səbəbi isə dünya təcrübəsi ilə tanış olmaq, özümü inkişaf etdirmək idi.    - Xaricdə təhsil almaq hüququnu necə qazandınız? Yəni hansısa dövlət proqramına qoşuldunuz, ya öz hesabınıza getdiniz?

- Xaricdə təhsil almaq üçün Təhsil Nazirliyinin bir neçə təqaüd proqramına müraciət etsəm də, qəbul olmadım. İngiltərədəki təhsilimin xərclərini isə orada təhsil alan tələbələrə dəstək olan, həmin ölkəyə məxsus təşkilat qarşıladı. Doktorantura təhsilimlə bağlı isə ABŞ-da dörd universitetə müraciət etdim və Arizona Universitetinə qəbul oldum. Əslində, özüm də bu universiteti istəyirdim. Çünki göstəriciləri, təhsil səviyyəsi daha çox xoşuma gəldi, həmçinin burada dərs deyən professorlardan biri ilə əvvəlcədən tanışlığımız vardı. Hazırda bu universitetdə həm işləyirəm, həm də oxuyuram. Universitetdə 20 saat dərs deyirəm. Bunun qarşılığında da mənə aylıq kompensasiya verilir.

- Xaricdə təhsil insana nələri öyrədir?

- Mən hələ ki, iki ölkə - İngiltərə və ABŞ təhsili ilə yaxından tanış olmuşam. Digər ölkələrin təhsil səviyyəsindən xəbərim yoxdur deyə, onlar haqqında danışa bilmərəm. Bələd olduğum ölkələrin təhsili haqqında onu deyim ki, insanın hərtərəfli inkişafına yardım edir. Dünyagörüşünün genişlənməsinə, fərqli insanlar, mədəniyyətlərlə tanış olmasına şərait yaradır. Bu, sanki dünyaya açılan bir pəncərədir. Xüsusilə, Amerikadakı təhsil sistemi bu işdə böyük rol oynayır. Dünyada baş verən prosesləri, texniki inkişafı bura gəlmədən öyrənmək mümkün deyil.    - Magistratura təhsilinizi İngiltərədə aldınız, nə üçün doktorantura təhsili üçün seçiminiz ABŞ oldu?

- Demək olar ki, ABŞ hazırda ən çox inkişaf etmiş ölkələr sırasındadır. Buranı elmi-texnoloji inkişafın vətəni adlandırmaq olar. Təhsil aldığım sahədə həm nəzəri, həm də təcrübə bilikləri çox yüksək səviyyədə öyrənirəm. Hər iki ölkənin təhsili arasında böyük fərq olduğunu hiss edirəm. Siyasi elmlər sahəsində amerikalılar həqiqətən çox inkişaf edib.    - ABŞ-da təhsil səviyyəsi necədir, hansı nüansları bəyənirsiniz?

- Burada təhsil səviyyəsi olduqca inkişaf edib. Tək mənim təhsil aldığım sahədə deyil, bütün istiqamətlərdə belədir. Data-analiz proqramlarının istifadəsi burada daha geniş yayılıb. Qeyd edim ki, digər ölkələrdə doktorantura təhsili 3 il olsa da, ABŞ-da 5 ildir. Digər bəyəndiyim nüans isə professorların tələbələrlə olan münasibəti və təhsil resurslarının çox olmasıdır.

- Bizim təhsil sistemi ilə arada hansı fərqləri müşahidə etdiniz?

- Təbii ki, bizim təhsil sistemi ilə buradakı arasında böyük fərqlər var. Bunu hiss etməmək mümkün deyil. Burada tələbələr fikirlərini ifadə etməkdə daha azaddırlar. Müəllimlərlə tələbələrin ünsiyyət qurması tamam fərqlidir. Burada təhsil aldığın sahəni öyrənmək üçün vəsaitlər daha çoxdur.   - Söhbət zamanı tələbə-müəllim münasibətini vurğulayırsınız. Bilmək olar, ABŞ-da tələbə-müəllim münasibəti necədir?

- Burada hər kəs öz vəzifəsinə professional səviyyədə yanaşır. Bizim ölkəmizdə tələbə-müəllim münasibətində müşahidə olunan problemlər ABŞ-da yaşanmır. Olsa belə, çox aşağı, 1% səviyyəsindədir. Tələbə vəzifəsinin oxumaq, professor isə işinin dərs keçmək olduğunu bilir. Heç biri işinə ötəri yanaşmır. Burada tələbə-müəllim münasibəti çox fərdidir.    - Bir az da amerikalılardan danışaq, düşüncələri, xasiyyətləri necədir?


Xəbərə aid fotolar