Türkiyə KİVləri Prezident İlham Əliyevin bayram təbrikini geniş işıqlandırdı FOTO


Siyasət 21 Mar 2019 23:54:00 204 0

Türkiyə KİVləri Prezident İlham Əliyevin bayram təbrikini geniş işıqlandırdı  FOTO

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Anadolu agentliyinin "Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda yeni islahatlar aparılacaq" sərlövhəli xəbəri ölkənin bir çox KİV-ləri tərəfindən tirajlanıb.

"Hüriyyət" və "Yeni akıt" qəzetlərinin, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin rəsmi saytı www.avim.org.tr və digər informasiya mənbələrinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin təbrikindən götürülən bu sitatlar yer alıb: "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq".

Qeyd edək ki, Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2019-cu il 16 mart tarixli Sərəncamı da dövlətimizin başçısının növbəti humanist addımı kimi Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb.


Xəbərə aid fotolar