Gürcüstanın Baş naziri Azərbaycan xalqını təbrik etdi


Siyasət 21 Mar 2019 23:57:00 222 0

Gürcüstanın Baş naziri Azərbaycan xalqını təbrik etdi

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycan xalqını və bu ölkədə yaşayan soydaşlarımızı Novruz bayramı münasibəti ilə təbrik edib.

Son.az bildirir ki, hökumət başçısı azərbaycanlılara cansağlığı və xoşbəxtlik arzulayıb.

Baş nazir deyib: "Biz Gürcüstanda yaşayırıq və ölkəmiz qardaşlıq və birgə yaşayışla bağlı qədim tarixə malikdir. Gürcüstanın gücü hər zaman onun müxtəlifliyində olub. Biz Gürcüstanın övladları olaraq ümumi vətənimiz üçün birgə çalışmışıq. Bu böyük sevgi və qardaşlıq ənənələri gələcək nəsillərə ötürülməlidir. Şadam ki, Azərbaycandan gələn dostlarımız da bayram şənliyində iştirak edirlər. Mən Azərbaycandakı bacı və qardaşlarımızı da Novruz bayramı münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram".