63 minlik oğurluq edən azadlığa buraxıldı


Digərləri 21 Mar 2019 22:51:00 221 0

63 minlik oğurluq edən azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sərxan Bayramova hökm oxunub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məhkəmə kollegiyasının hökmü ilə S.Bayramova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, S.Bayramov ötən il Svetlana Bayramovanın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63 min 400 manat dəyərində qızıl əşyalarını oğurlayıb.