Peyğəmbərin sağlığında bircə kəlmə də deməyən təvazökarlıq zirvəsi


Digərləri 21 Mar 2019 22:40:00 218 0

Peyğəmbərin sağlığında bircə kəlmə də deməyən təvazökarlıq zirvəsi

Ayətullah Cəfər Sübhani buyurur: "İmam Əlini (ə) bəzən hədislərin yolu ilə tanıyırıq. Bəzən də Quranda mütaliə edirik. İlk olaraq bundan başlamaq lazımdır ki, insanlar İmam Əlini (ə) igid insan kimi tanıyırdılar. Səbəbi də Xəndək döyüşündə göstərdiyi igidlikdən irəli gəlir. İmam Əli (ə) öz dövrünün ən zahid insanı idi. Zahidliyi həm ümumi və həm də xüsusi insanların dilində əzbər idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəzən İmam Əlini (ə) "Nəhcul-bəlağə"də göstərdiyi fəsahət və bəlağətlə tanımaq olur. Bəzən də Həzrəti (ə) əxlaqi cəhətdən tanıyırıq ki, gözəl xasiyyəti hər kəsə bəlli idi.

Tarixdə görməmişik ki, Həzrət (ə) kiməsə müraciət etsin. Ancaq bütün insanlar ona müraciət edərdilər. Onun elmindən istifadə edərdilər.

O, ilk kəs olmuşdur ki, Peyğəmbərə (s) iman gətirmişdir.

İmam Əli (ə) fədakar insan idi. Peyğəmbərin (s) yatağında yatır və canını təhlükəyə atır.

İmam Əli (ə) əmanətdar insan idi. Başqa bir tərəfdən Həzrət (ə) Quranda risalətin əcri kimi tanıdılır: "Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: "Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının)müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm"". ("Şura" 23).