Hollandiya hücumunda şübhəli məhkəmə


Dünya 21 Mar 2019 21:41:00 214 0

Hollandiya hücumunda şübhəli məhkəmə

Hollandiya prokurorları cümə axşamı Utrext şəhərində tramvayda bir neçə insanın ölümü ilə nəticələnən silahlı hücumda şübhəli bilinən şəxsə qarşı terror ittihamı irəli sürüləcəyini bəyan edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, prokurorlar üç nəfəri qətlə yetirən və digər üçünü yaralayan Türkiyədə anadan olmuş Gökmən Tanisin təkbaşına hərəkət etdiyini guman edir.

Polis və prokurorların bəyanatında 37 yaşlı şübhəlinin hücumu terror və ya məişət motivlərindən həyata keçirib-keçirmədiyi ilə bağlı təhqiqatın davam etdiyi bildirilir.