İŞİDin xarici uşaqlarının taleyi


Dünya 21 Mar 2019 21:43:00 265 0

İŞİDin xarici uşaqlarının taleyi

Analarının məhkəmə işlərinə baxıldığı bir vaxt Bağdaddakı Mərkəzi Rusafa Cəza Məhkəməsinin dəhlizləri körpə uşaqlarla dolu idi. Sonra onlar birdən yoxa çıxdı, yəni onları geriyə artıq bir il yarımdır anaları ilə birlikdə saxlandıqları qadın həbsxanasına göndərdilər.

Onlar insanla dolu, dar kameralarda, ac və xəstə vəziyyətdə nazik döşəklərin üzərində yatırlar. Onlar İslam Dövlətinin xarici uşaqlarıdır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, onların arasında Çeçenistandan olan Leyla Qazıyevanınn iki yaşlı oğlu Obayda da var. Leyla Qazıyeva 2017-ci ildə, İslam Dövləti qrupunun döyüşçüləri İraqın şimal bölgəsindəki Təl Afardan qaçarkən həbs edilib.

O, islamçı qrupa qoşulduğu üçün həbs cəzasına məhkum edilmişdi. Məhkəmə qeydlərindən məlum olur ki, ömürlük həbs cəzası hökmü təkcə Leyla Qazıyevaya deyil, onlarla digər qadınlara da çıxarılıb.

Rusiya hökumətinin dediyinə görə, Obeyda Bağdadın qadın həbsxanasında anası ilə ömürlük qalacaq. Cəzaçəkmə sistemindən alınan mənbələrə istinadən bildirilir ki, İslam Dövləti qrupu döyüşçülərtinin min yüz nəfərə qədər uşağı İraqda nəzarət altında saxlanır. Obeyda kimi körpələr isə həbsxanalarda anaları ilə birlikdə qalır.

Bir vaxtlar Suriya və İraqda ərazilərin əhəmiyyətli kəsiminə nəzarət edən radikal islamçı qrupu darmadağın edilib, onun döyüşçülərinin qoyub getdikləri irsin ağrılı fəsadları isə qalmaqdadır. Reuters xəbər agentliyi tərəfindən nəzərdən keçirilən səfirlik qeydlərində dözülməz şərait səbəbindən bu körpələrdən azı yeddisinin öldüyü bildirilir.

Yüzlərlə uşaq isə İraqa qeyri-qanuni daxil olaraq İslam dövləti qrupuna qoşulduğu üçün həbs edilib. Bu, 9-la 18 yaşlar arasında olan uşaqlardan 185 nəfərinə artıq bir neçə aydan tutmuş 15 ilə qədər həbs cəzası hökmü çıxarılıb. Rusafa Mərkəzi Cinayət Məhkəmıəsinin sözçüsünün dediyinə görə, həbs cəzası çıxarılan uşaqlardan 77-si qızdır.